Trampa ciddi xəbərdarlıq: Əgər İrana havadan hücum edilsə…backend

Trampa ciddi xəbərdarlıq: Əgər İrana havadan hücum edilsə...

ABŞ prezidenti Donald Trampın Tehrana qarşı əlavə hava zərbələri endirməkdən qismən imtina etməsinin səbəblərindən biri də Pentaqonun xəbərdarlıqları olub.

KONKRET.az xəbər verir ki, bu barədə The New York Times nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, İran hərbi qüvvələri ABŞ aviasiyasının uçuş sxemlərini öyrənərək hava əməliyyatlarına adaptasiya olmağa başlayıb. Bildirilir ki, İran tərəfi Amerika qırıcıları və bombardmançılarının marşrutlarını analiz edib. Bu da ABŞ Hərbi Hava Qüvvələrinin fəaliyyətini daha proqnozlaşdırılan edib və İranın hava hücumundan müdafiə sistemlərinin effektivliyini artırıb.

The New York Times mənbələri İranın bu prosesdə Rusiyadan müəyyən dəstək almış ola biləcəyini də istisna etmirlər. Lakin bu iddialarla bağlı rəsmi təsdiq yoxdur.

Bundan əlavə, Vaşinqtonun narahatlığını artıran amillər arasında bir F-15E qırıcısının itirilməsi və bir F-35 təyyarəsinin zədələnməsi barədə məlumatlar da yer alır.

ABŞ rəsmilərinin qiymətləndirməsinə görə, bu hadisələr Amerika aviasiyası üçün risklərin artdığını göstərir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*