ABŞ Prezidenti Donald Tramp Belarusdakı vəziyyətə ilk dəfə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, məlumatı “Reuters” yayıb.
ABŞ Prezidenti Belarusda keçirilən seçkilərdən sonra baş verənləri diqqətlə izlədiyini bildirib və mövcud vəziyyəti “qorxunc” adlandırıb.
Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.
Seçkilərdən sonra nəticələrə etiraz olaraq nümayişlər keçirilir.
virtualaz.org
