ABŞ Prezidenti Donald Tramp Ukraynada prezident seçkilərinin keçirilməsinin vaxtının çatdığını bəyan edib.
KONKRET.az xəbər verir ki, Ağ Evin rəhbəri Ukrayna Prezidenti Volodimir Zelenskiyə çağırış edərək, Vaşinqtonun hazırladığı Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı sülh planını qəbul etməyə və “özünü ələ almağa” çağırıb.
Tramp həmçinin bildirib ki, Ukrayna müharibədə “məğlub olur” və ciddi ərazi itkiləri verib. O, Ukraynanın NATO-ya üzv olmayacağına dair anlayışın “çoxdan mövcud olduğunu” vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
