ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” sistemləri üçün önləyici raketlərin istehsalı üzrə lisenziya verilməsinə dair yekun qərar qəbul edib.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Konkret razılaşmalar mövcuddur. Prezident Tramp mənimlə son görüşündə vurğuladı ki, ‘bəli, mən qəti qərar qəbul etdim, Ukrayna “Patriot” raketlərinin istehsalı üçün lisenziya alacaq'”, – deyə Ukrayna prezidenti qeyd edib.
Xatırladaq ki, BMT Baş Assambleyası çərçivəsində Trampla görüşdən sonra Zelenski Amerika liderinin lisenziyanın verilməsi məsələsində “müsbət əhval-ruhiyyədə” olduğunu bildirmişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az
