ABŞ Prezidenti Donald Trampın keçmiş köməkçisi, Ağ Evin baş strateqi hesab edilən Stiv Bennon həbs edilib.
KONKRET.az-ın məlumatına görə, CNBC xəbər verir ki, o, üç şəriki ilə birlikdə dələduzluqda ittiham olunur.
Həbsin əsas səbəblərindən biri ABŞ – Meksika sərhəd divarının tikintisinə dəstək vermək adı ilə “Biz Divar Tikirik” kampaniyası çərçivəsində şəriklərin yüzlərlə donordan 25 milyon dollardan çox pul toplamasıdır.
Nyu-York ştatının cənub bölgəsinin prokurorluğu məlumat yayaraq xəbəri təsdiqləyib.
oxu.az
