ABŞ Prezidenti Donald Trampın ictimai dəstək reytinqi vəzifədə olduğu müddətdə ən aşağı səviyyəyə düşüb.
KONKRET.az xəbər verir ki, Quinnipiac Universitetinin sorğusuna görə, Trampın fəaliyyətini seçicilərin 32 faizi bəyənir, 58 faizi isə əks reaksiya sərgiləyir.
CNN-in sorğusunda bu göstərici müvafiq olaraq 34 və 66 faiz təşkil edib.
“Associated Press” də prezidentin reytinqinin ikinci prezidentlik dövrünün ən aşağı səviyyəsinə – 33 faizə endiyini bildirib.
Analitiklər reytinqin aşağı düşməsini əsasən iqtisadi problemlər, benzinin bahalaşması və İranla bağlı davam edən qarşıdurma ilə əlaqələndirirlər.
Ekspertlərin fikrincə, bu tendensiya 2026-cı il aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının seçki kampaniyasına da mənfi təsir göstərə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
