Tullantılardan avtomobil düzəldildi – FOTObackend

Tullantılardan avtomobil düzəldildi - FOTO

Niderlandın Eyndoven Texniki Universitetinin tələbələri tullantılardan avtomobil düzəldiblər.

Korrespondent.net xəbər verir ki, avtomobilin hazırlanması üzərində 22 tələbə yarım il işləyib.

Maşın plastik butulkalardan, plastik kütlədən və məişət tullantılarından hazırlanıb. Tələbələr digər şirkətlərlə əməkdaşlıq çərçivəsində tullantılardan yeni materiallar da düzəldiblər.

Onları digər materiallarla təhlükəsiz şəkildə və möhkəm birləşdirmək mümkün olub. Bu işdə məqsəd tullantıların avtomobilin bir çox elementi üçün xammal ola biləcəyini göstərməkdir. Tələbələr ümid edirlər ki, sözügedən avtomobili yolda sürməyin təhlükəsiz olduğunu sübut edəcəklər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*