İstanbulda küçə ticarəti ilə məşğul olan şəxs masaj alətlərini sata bilmədiyi üçün turistlərə əsəbiləşib və onlara bıçaq çəkib.
KONKRET.az xəbər verir ki, hadisə kameralara əks olunarkən, polisə də bıçaqla hücum etməyə çalışan şəxs zərərsizləşdirilərək nəzarətə götürülüb.
İfadəsi alınan şəxsin turistlərə masaj alətləri satmaq istədiyi, turistlərin onları almaq istəmədiyi, buna görə də turistlərə bıçaq çəkdiyi öyrənilib. Polis idarəsində “məmura müqavimət”, “silahlı təhdid” maddələri ilə ittiham olunan Ferdi D. ədliyyəyə sövq edilib.
