Türk Hava Yolları Qazaxıstana reyslərinin bərpa vaxtını açıqladıbackend

Türk Hava Yolları Qazaxıstana reyslərinin bərpa vaxtını açıqladı

Türk Hava Yollarının baş direktoru Bilal Ekşi aviaşirkətin Qazaxıstana uçuşlarının bərpasının vaxtı ilə açıqlama verib.

KONKRET.az xəbər verir ki, şənbə günü Ekşi-nin Twitter səhifəsində yerləşdirilmiş paylaşımda Qazaxıstana uçuşların mümkün qədər tez bərpa olunacağı vurğulanıb.

“Dost və qardaş Qazaxəstana 4 istiqamətdə uçuşlar həyata keçiririk: Almatı, Nursultan, Türkistan və Aktau.

Biz Qazaxıstandakı tərəfdaşlarımızla daimi əlaqədəyik və ən qısa zamanda uçuşlarımızı bərpa edəcəyik”, – deyə paylaşımda bildirilir.

Xatırladaq ki, daha əvvəl Türk Hava Yolları Türkiyə ilə Qazaxıstan arasında bütün sərnişin reyslərini yanvarın 9-dək dayandırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*