Türk ordusu 3 əsgərin şəhid olduğu bölgədə 12 terrorçunu məhv etdibackend

Türk ordusu 3 əsgərin şəhid olduğu bölgədə 12 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri Akçakale sərhəd xəttində PKK terrorçularının hücumu nəticəsində 3 əsgərin şəhid olduğu bölgədə antiterror əməliyyatı aparır.

KONKRET.az-ın xəbərinə görə, bu barədə məlumatı Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, hücumundan sonra PKK/YPG hədəfləri atəşə tutulub və ilkin məlumata görə 12 terrorçu zərərsizləşdirilib.

Bölgədə terrorçulara qarşı əməliyyatlarının davam edildiyi bildirilir./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*