Türk professordan ŞOK AÇIQLAMA: “Üçüncü dalğa başladı, artıq…” – Yenibackend

Türk professordan ŞOK AÇIQLAMA: "Üçüncü dalğa başladı, artıq..." - Yeni

COVID-19 virusunun yeni mutasiyası pandemiyada üçüncü dalğanı gətirə bilər. Yoluxma sayı ölkələr üzrə getdikcə artmaqdadır.

KONKRET.az xəbər verir ki, türkiyəli professor Mustafa Hasöksüz bu fikirdədir.

Onun sözlərinə görə, rəqəmlərin artması üçüncü dalğa riskindən xəbər verir: “Türkiyənin bəzi bölgələrində üçüncü dalğa başlayıb. Avropanın da bir sıra regionlarında bunun şahidi oluruq. Noyabr ayında yoluxma ilə bağlı 30 min rəqəmini görürdüksə, yanvarda bu say 5 minə qədər endi. İndi rəqəmlər yenidən artır. Yoluxmanın artması gündəlik test sayına da təsir göstərir”.

Professor hesab edir ki, ölkələr üçüncü dalğadan əvvəl sərt karantin tədbirləri görməlidirlər: “Əgər əvvəllər ailədə 1-2 nəfər xəstələnirdisə, artıq hər kəs virusa yoluxacaq. Mutasiya keçirmiş virus daha yoluxucudur. Əgər 7-9 gün müddətində sərt karantin tədbirləri tətbiq olunsa, nəticəsini görəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*