Türk təyyarəsi rus müdafiə sistemini vurdu – Ölənlər varbackend

Türk təyyarəsi rus müdafiə sistemini vurdu - Ölənlər var

Liviya Milli Birlik Hökumətinin ordusuna məxsus Türkiyə istehsalı olan pilotsuz təyyarə paytaxt Tripolidən 140 kilometr məsafədə yerləşən Vatiyyə hərbi bazasına hava zərbələri endirib. 

KONKRET.az xəbər verir ki, hava hücumu nəticəsində Rusiya istehsalı olan “Pantsir” hava hücumundan müdafiə sistemi məhv edilib.

Ölənlərin olduğu bildirilir. Məlumata görə, müdafiə sistemi general Xəlifə Haftarın nəzarətindəki bazaya Birləşmiş Ərəb Əmirlikləri tərəfindən yerləşdirilib.

Qeyd edək ki, bu son bir ay ərzində bazaya 8-ci hücumdur. General Xəlifə Haftarın nəzarətindəki qüvvələr Tripoliyə hücumlar zamanı əsasən bu bazadan istifadə edir. Əlavə edək ki, Türkiyə, BMT-nin tanıdığı Milli Birlik Hökumətinə fəal hərbi dəstək verir. Rusiya, Birləşmiş Ərəb Əmirliklərinin də aralarında olduğu bəzi dövlətlər isə Xəlifə Haftarı dəstəkləyir.(redaktor.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*