Türkçülüyə rəğbəti ilə seçilən yeni Qazaxıstanlı nazirə DƏSTƏK: “Layiqli təyinat kimi qəbul edirik”backend

Türkçülüyə rəğbəti ilə seçilən yeni Qazaxıstanlı nazirə DƏSTƏK: "Layiqli təyinat kimi qəbul edirik"

Qazaxıstanda prezident Tokayev tərəfindən türklərə rəğbəti ilə seçilən Əsgər Umarovun İnformasiya naziri təyin olunması birmənalı qarşılanmayıb. Belə ki, yeni nazirin kimliyi tənqid hədəfinə çevrilib.

KONKRET.az xəbər verir ki, Qazaxıstanlı jurnalist Oljas Berkinbayev öz keçmiş həmkarının, yeni nazir Əsgər Umarovun müdafiəsinə qalxıb:

“Son günlərin xoş xəbərlərindən biri də peşəkar jurnalist, güclü media meneceri Əsgər Umarovun İnformasiya Naziri təyin olunmasıdır. Əsgər Kuanışeviçin Nazirlər Kabinetində yeni vəzifəyə təyin olunması onun həyat təcrübəsində daha bir layiqli mərhələ kimi qiymətləndirilməlidir. Lakin bu təyinat bəzi  mübahisələrə də yol açıb. Bununla bağlı dövlət qulluqçusu kimi deyil, ölkə vətəndaşı kimi öz fikirlərimizi bildirmək qərarına gəldim. Mən Əsgər Umarovu 2013-cü ildən tanıyıram. Həmin vaxt o, milli kimliyin nümunəsi sayılan “Nomands” adlı onlayn oyunu işə salmışdı. Umarov türk xalqlarının “Astana Arkau” musiqisinə diqqət yetirirdi. 100 ildən artıq tarixə malik “KazAinform” MMC kimi qəbul edildi. Ona görə də bunu layiqli təyinat kimi qəbul edirik və ölkə prezidenti, peşəkar diplomat Kasım Tokayevin qərarı şübhə doğurmamalıdır” – Oljas Berkinbayev deyib.

Şəkilin açıqlaması yoxdur.

Jurnalist həmçinin Kremlin sözçüsü Dmitri Peskovun “qardaş ölkənin bütün kabineti ilə işləməyə hazırıq” fikirlərini xatırladıb və bunu mübahisəli məsələnin sonu kimi dəyərləndirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*