Türkiyə Ermənistanla sərhəddə yerləşən Ağrı dağında modul tipli hərbi baza tikir.
KONKRET.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə Ermənistanla sərhəddə yerləşən Ağrı dağında modul tipli hərbi baza tikir.
Dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən hərbi baza müasir gecəgörmə kameraları sistemləri və təyinatlı silahlarla təchiz ediləcək.
Qeyd olunur ki, Türkiyə terrorla mübarizə aparmaq üçün bu hərbi bazanı tikir.
Xuraman Etibarlı,
KONKRET.az
