Türkiyə, Finlandiya və İsveç arasında NATO danışıqları sabah davam edəcəkbackend

Türkiyə, Finlandiya və İsveç arasında NATO danışıqları sabah davam edəcək

Finlandiya, İsveç və Türkiyə arasında danışıqlar sabah Belçikanın paytaxtı Brüsseldə NATO-nun himayəsi ilə davam etdiriləcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Finlandiya Rəyasət Heyətinin tviter hesabından paylaşım edilib.

İsveçin rəsmi xəbər agentliyinə danışan NATO nümayəndəsi bildirib ki, NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun yüksək səviyyəli rəsmiləri ilə Türkiyə, Finlandiya və İsveçin yüksək səviyyəli nümayəndələri sabah Brüsseldəki qərargahda görüşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*