Türkiyə hökumətindən qəza ilə bağlı AÇIQLAMAbackend

Türkiyə hökumətindən qəza ilə bağlı AÇIQLAMA

Mədəndə köməksiz vəziyyətdə qalan işçilərimizin xilas edilməsi üçün çevik tədbirlər görülməkdədir.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin Bartında kömür mədənində baş vermiş qəza ilə bağlı məlumatında deyilir.

“Qəzadan sonra olaya müdaxilə etmək məqsədilə dövlətimiz bütün qurumları qısa zamanda hərəkətə keçirdi, lazımi tədbirləri görməyə başladı”, – deyə bildirilib.

Həmçinin idarə qəza ilə bağlı operativ məlumatların mütəmadi olaraq yayımlanacağını açıqlayıb, rəsmi informasiyalar xaric heç bir iddia və spekulyasiyalara inanmamağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*