Türkiyə koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirirbackend

Türkiyə koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirir

Türkiyə koronavirusla bağlı yaranmış gərgin vəziyyəti nəzərə alaraq məhdudiyyətləri sərtləşdirir.

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyədə  yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə boyu, xüsusilə də İstanbulda çox artdığını vurğulayan Prezident deyib ki, restoran, kafe, şadlıq evləri, nikah salonları, bərbərxanalar, konsert  salonları, teatrlar, kinoteatrlar, istirahət mərkəzləri, müalicəvi termal su obyektləri və bu kimi məkanların fəaliyyəti yerli vaxtla saat 22.00-da başa çatacaq.

R.T.Ərdoğan  COVID-19-un yayılma sürətindən asılı olaraq qarşıdakı həftələrdə məktəblərdə  əyani təhsilin dayandırılması məsələsinin də aktual olduğunu  bildirib.

Prezident Türkiyə istehsalı olan yeni növ koronavirus peyvəndinin gələn ilin yaz aylarından tətbiq olunmasının nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, Türkiyədə ümumilikdə 382 118 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 481 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*