Türkiyə millisi karantinə alındıbackend

Türkiyə millisi karantinə alındı

Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Rusiya ilə qarşılaşacaq Türkiyə yığması Rivadakı Hasan Doğan adına Təlim-Məşq Bazasında karantinə alınıb.

KONKRET.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb millinin baş məşqçisi Şenol Güneş və bəzi futbolçuların noyabrın 11-də evdə Xorvatiya ilə yoldaşlıq matçında (3:3) qonaq komandanın koronavirusa yoluxmuş müdafiəçisi Domaqoy Vida ilə yaxın təmasda olmasıdır.

Futbolçular, məşqçilər heyəti və digər işçilərin noyabrın 15-də Rusiya ilə keçiriləcək oyunadək hər gün koronavirus testi verəcəyi bildirilib.qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*