Türkiyə müxalifəti namizədini bu tarixdə açıqlayacaq – YENİLƏNİBbackend

Türkiyə müxalifəti namizədini bu tarixdə açıqlayacaq - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin müxalif partiyalarından ibarət Millət İttifaqının görüşü keçirilib.

KONKRET.az bildirir ki, görüşdən sonra ortaq açıqlama yayılıb.

Açıqlamada vahid namizədin bazar ertəsi, martın 6-da elan olunacağı bildirilib.

Xatırladaq ki, “Altılı masa” adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiya blokdan çıxdığını açıqlayıb. Partiya lideri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb. O, İstanbul və Ankara şəhərindən birinin namizədliyini irəli sürüb.

Bu gün Səadət Partiyanın sədri Temel Karamollaoğlunun ev sahibliyi etdiyi görüşə CHP lideri Kamal Kılıçdaroğlu, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat Partiyasının lideri ‎Gültekin Uysal qatılıblar.

***

Türkiyə müxalifətinin təmsil olunduğu Millət İttifaqın iclası keçirilir.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda dünən “Altılı masa”dan ayrıldığını elan edən milliyətçi İYİ partiyasının lideri Meral Akşener iştirak etmir.

Səadət Partiyanın sədri Temel Karamollaoğlunun ev sahibliyi etdiyi görüşə CHP lideri Kamal Kılıçdaroğlu, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat Partiyasının lideri ‎Gültekin Uysal qatılıblar.

Qeyd edək ki, “Altılı masa” adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiya blokdan çıxdığını açıqlayıb. Partiya lideri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb. O, İstanbul və Ankara şəhərindən birinin namizədliyini irəli sürüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*