Türkiyə ordusu “Pəncə-Kilit” əməliyyatı bölgəsində şəhid verib.
KONKRET.az TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik “Pəncə-Kilit” əməliyyatı bölgəsində terrorçularla qarşıdurmada 3 əsgərin şəhid olduğunu, 4 əsgərin isə yaralandığını açıqlayıb:
“24 may 2022-ci il tarixində “Pəncə-Kilit” əməliyyatı bölgəsində terrorçularla çıxan qarşıdurmada 3 qəhrəman əsgərimiz şəhid olub, 4 qəhrəman yoldaşımız isə yaralanıb. Həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, yaralanan şəxsi heyətimizə isə tezliklə şəfa diləyirik”.
İqbal Rzayev,
KONKRET.az
