Türkiyə Ordusunun daha bir hərbçisi şəhid oldu – YENİLƏNİBbackend

Türkiyə Ordusunun daha bir hərbçisi şəhid oldu - YENİLƏNİB

Türkiyə Silahlı Qüvvələrinin daha bir hərbçisi şəhid olub.

KONKRET.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Pəncə-Kilid” əməliyyatı bölgəsində yaralanan müqaviləli hərbi qulluqçu Hakan Koroğlunun həyatını həkimlərin bütün müdaxilələrinə rəğmən xilas etmək mümkün olmayıb və o, şəhid olub”, – məlumatda bildirilib.

Bundan başqa, telekanalın məlumatına görə, eyni bölgədə xidmətdə olan çavuş Mustafa Işıkı şimşək vuraraq öldürüb.

***

21:26

Türkiyə Ordusunun iki hərbçisi şəhid olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçuların atəşi nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub, 3 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*