Türkiyə Rusiya hərbi gəmilərini Qara dənizə buraxmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya Sakit Okean Donanmasının gəmiləri fevralın əvvəlindən Qara dənizə girmək üçün Türkiyə hakimiyyət orqanlarından Bosfor boğazından keçmək üçün icazə gözləyir. Lakin Ankara buna icazə verməyib.
Gəmilər, xüsusən də Sakit Okean Donanmasının raket kreyseri “Varyag” və böyük sualtı qayıq əleyhinə gəmi “Admiral Tributs” bazar günü, noyabrın 6-da Vladivostokdakı bazasına gedərkən Sinqapur boğazında görüntülənib.
“Boruların üzərində “Z” və “V” hərflərini görürsünüz? Köhnə lətifədə deyildiyi kimi: “İşə yaramadı”. Hamısı da Türkiyəyə görə. 9 ay gözlədik. Yorulduq. Təmir etməyə də yer yoxdur, ekipajlar vəhşiləşib “, – deyə Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun monitorinq qrupunun rəhbəri Andrey Klimenko yazıb.
Onun sözlərinə görə, “Varyaq” və “Admiral Tributs” fevralın 2-dən Aralıq dənizindədir və Ukrayna ərazisinə hücum etmək üçün Qara dənizə köçürülməyə hazırlaşırmış.
Xuraman Etibarlı,
KONKRET.az
