Türkiyə şirkəti Azərbaycan Müdafiə Nazirliyini MƏHKƏMƏYƏ VERDİbackend

Türkiyə şirkəti Azərbaycan Müdafiə Nazirliyini MƏHKƏMƏYƏ VERDİ

Türkiyə şirkəti Azərbaycan Müdafiə Nazirliyini məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Türkiyənin tekstil şirkəti İstanbul Məhkəməsinə Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırıb.

Şirkət iddia edir ki, satılan parça üçün azərbaycanlı alıcıdan 157 min dolları ala bilməyib.

Türkiyə mətbuatı xəbər verir ki, İstanbul 7-ci Asliye Ticarət Məhkəməsində baxılan borc iddiasının tərəfləri Öztek Tekstil Terbiye Tesisleri San. ve tic. AŞ və Azərbaycan Müdafiə Nazirliyidir.

İttihama görə, iddiaya əsas verən məsələ Öztek Tekstil Terbiye Tesisleri San. ve tic. AŞ 2017-ci ildən Müdafiə Nazirliyinə hərbi formalar üçün parça tədarük edir, lakin satılan mallara görə heç bir pul ödənməyib.

Borcun ödənilməsi ilə bağlı aparılan danışıqlar nəticə vermədikdən sonra türk şirkəti məhkəməyə müraciət edib.

Lakin Azərbaycan tərəfi iddiaçının iddiaları ilə bağlı mövqeyini təqdim etmədiyi üçün məhkəmə iclası noyabrın ortalarına təxirə salınıb.

Qeyd edək ki, Ahmet Sevki Öztekə məxsus Öztek Holdinq 50 ilə yaxındır, Türkiyənin tekstil sektorunda fəaliyyət göstərir və hərbi məhsullar istehsal edir. Türkiyə Silahlı Qüvvələrinin kamuflyaj ehtiyacının təxminən 60 faizini bu şirkət təmin edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*