“Türkiyə və Azərbaycan növbəti həmlələrə hazırlaşır” – Vitali Manqasaryanbackend

“Türkiyə və Azərbaycan növbəti həmlələrə hazırlaşır” - Vitali Manqasaryan

“Türkiyə və Azərbaycan Ermənistana qarşı növbəti böyük zərbəyə hazırlaşır”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Henaket” analitik mərkəzinin rəhbəri, hərbi ekspert Vitali Manqasaryan deyib.

O, daha sonra fikrini belə davam etdirib: “İndi diplomatik cəbhədə əsl döyüş gedir. Bu savaşda Ermənistana təzyiq göstərilir ki, Tavuşun 4 kəndi Azərbaycana qaytarılsın. Türkiyə isə Ermənistana təklif edib ki, öldürüldüyü iddia edilən 1,5 milyon erməninin siyahısını tərtib edərək soyqırım iddialarını sübut etsin. Son günlər Ermənistan rəsmiləri bu işlə məşğuldur”.

O hesab edir ki, Azərbaycan isə əlverişli geosiyasi məqamda problemi hərbi əməliyyatlar yolu ilə həll etməyə hazırlaşır: “Onların orta və uzunmüddətli perspektivdə Ermənistanı ermənilərsiz təsəvvür edirlər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*