Türkiyə və Qazaxıstan XİN başçıları birgə BƏYANAT YAYDIbackend

Türkiyə və Qazaxıstan XİN başçıları birgə BƏYANAT YAYDI

Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri birgə bəyanat yayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib.

Qeyd olunub ki, tərəflər strateji müttəfiqliyə uyğun olaraq siyasi dialoqu canlandırmaq və davam etdirmək məqsədilə bütün sahələrdə qarşılıqlı səfərlərin və müzakirələrin əhəmiyyətini vurğulayıblar.

Nazirlər həmçinin regional məsələlərdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Bildirilib ki, 2022-ci ildə keçirilməsi nəzərdə tutulan yüksək səviyyəli tədbilərin təqvimi hazırlanıb.

Eyni zamanda, Suriya və Əfqanıstanda sabitliyin təmin olunması istiqamətində birgə addımlar atılması barədə razılığa gəlinib.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Qazaxıstanda səfərdədir. O, qazaxıstanlı həmkarı Muxtar Tileuberdi ilə görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*