Türkiyə XİN: “Əgər İrəvan buna “hə” desə, Ermənistanla müsbət addımlar atmağa hazırıq”backend

Türkiyə XİN: "Əgər İrəvan buna "hə" desə, Ermənistanla müsbət addımlar atmağa hazırıq"

“Əgər İrəvan Bakı ilə sülh imzalasa, Türkiyə Ermənistanla müsbət addımlar atmağa hazırdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

O blidirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacağı təqdirdə Türkiyə İrəvanla müsbət addımlara hazırdır.

“Azərbaycan hərtərəfli sülh sazişi təklif edib. Əgər Ermənistan “hə” desə, çox yaxında müzakirələr aparılacaq və imzalanacaq. Biz Türkiyə olaraq bu vəziyyətdə müəyyən müsbət addımlar atacağıq”, – deyə Çavuşoğlu bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Reuters agentliyi Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadən xəbər verib ki, Bakı və İrəvan iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammitində sülh sazişi imzalaya bilər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*