Türkiyə XİN: İsrailin “Əl-Əqsa” məscidinə hücumunu qınayırıqbackend

Türkiyə XİN: İsrailin "Əl-Əqsa" məscidinə hücumunu qınayırıq

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İsrailin “Əl-Əqsa” məscidinə hücumunu qınayıb.

KONKRET.az xəbər verir ki, Türkiyə XİN bununla bağlı bəyanat yayıb.

“İsrailli bir nazirin təhlükəsizlik qüvvələrinin mühafizəsi altında Əl-Əqsa məscidinə təşkil etdiyi basqını ən qəti şəkildə qınayırıq”, – bəyanatda bildirilib və qeyd olunub ki, Qüdsdəki müqəddəs məkanların tarixi və hüquqi statusunu pozmaq qanuna ziddir.

Türkiyə XİN-dən bildirilib ki, təxribat xarakterli hərəkətlərin qarşısının alınmasının beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran da “X” sosial şəbəkə hesabında İsrailin bu məscidə hücumunu qınayıb:

“Məscidül-Əqsanın müqəddəsliyini hədəf alan heç bir cəhd qəbul edilə bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*