Türkiyənin Sivas vilayətinin Gürün rayonunda sərnişin avtobusu aşıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, qəzada 2 nəfər ölüb, 20 nəfər yaralanıb.
Qeyd olunub ki, qanunsuz köç edən miqrantları ölkədən geri qaytarma məntəqəsinə aparan avtobus Malatya-Kayseri yolunun Mazikiran ərazisinə düşən hissəsində aşıb.
Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub, sürücünün şəxsiyyəti və avtobusun dövlət nömrə nişanı dəqiqləşdirilməyib.
Müvafiq qurumlar hadisə yerinə cəlb edilib.
