Türkiyədə avtobus qəzası: yaralılar varbackend

Türkiyədə avtobus qəzası: yaralılar var

Türkiyənin Sivas şəhərində sərnişin avtobusu aşıb.

KONKRET.az “Haber Global”-a istinadla xəbər verir ki, Ankaradan Van istiqamətinə hərəkət edən sərnişin avtobusu Kayseri-Malatya magistral yolunun Sivasın Gürün rayonu hissəsində idarəetməni itirib.

Hadisə nəticəsində avtobusda olan 39 nəfərdən 11-i xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə Gürün Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*