Türkiyədə bir ayda 13 mindən çox afterşok qeydə alındıbackend

Türkiyədə bir ayda 13 mindən çox afterşok qeydə alındı

6 fevral zəlzələsindən indiyədək 13 072 afterşok qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Qeyd olunub ki, bir ay ərzində baş verən təkanlar 6 ayda qeydə alınanlardan çoxdur.

Onun sözlərinə görə, bu vaxtadək 26 032 dağıntıda axtarış-xilasetmə əməliyyatları aparılıb.

Süleyman Soylu bildirib ki, zəlzələ bölgəsindəki binaların 75 faizi ciddi zədələnib.

Hələlik təcili sökülməli olan binalardan yalnız 15-I sökülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*