Türkiyədə koronavirusla bağlı son vəziyyətbackend

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində koronavirusdan 52 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 110 565 şübhəli koronavirus testindən keçib, onlardan 1761-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1159  nəfər olub, 1093  xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 283 270 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 253 245 nəfər sağalıb, 6782 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*