Türkiyədə meşə yanğınları: Son məlumatlar açıqlandıbackend

Türkiyədə meşə yanğınları: Son məlumatlar açıqlandı

Türkiyədə son üç gün ərzində qeydə alınan 206 yanğından 202-si nəzarət altına alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı rəsmi məlumatlara istinadən informasiya yayıb.

Məlumata görə, iyulun 29-dan etibarən ölkə miqyasında 206 yanğına müdaxilə edilib, onlardan 133-ü meşə zolaqlarından kənarda baş verib. Hazırda bu yanğınların 202-si tamamilə nəzarət altındadır.

Verilən məlumata əsasən, hazırda dörd bölgədə – Aralıq dənizi sahilindəki Antalya vilayətinin Alanya, Mersin vilayətinin Gülnar-Aydıncık, ölkənin qərbində yerləşən Balıkesir vilayətinin Gömeç rayonlarında yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir.

Cənubda yerləşən Aydın vilayətinin Çine rayonunda isə vəziyyət mürəkkəb olaraq qalır. Ötən gün axşam saatlarında əsən güclü külək alovla mübarizəni çətinləşdirib, lakin yanğınsöndürmə briqadaları yanğının ən qısa zamanda nəzarətə alınması üçün bütün qüvvələrini səfərbər ediblər.

Türkiyədəki meşə yanğınlarının söndürülməsinə havadan və qurudan qüvvələr cəlb edilib. Bura 28 təyyarə, 119 helikopter, 14 PUA və 5 000-dən çox texnika daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*