Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində bir sıra yeni təyinatlar həyata keçirilib.
KONKRET.az xəbər verir ki, Türkiyənin Ukraynadakı səfiri Mustafa Levent Bilgen ölkənin İslandiyadakı ilk səfiri təyin edilib.
Niderlanddakı səfir Fatma Ceren Yazqan isə Ukraynaya səfir göndərilib. Türkiyənin BMT-nin Cenevrə ofisi yanında daimi nümayəndəsi Burak Akçapar Niderlanda səfir təyin olunub.
Ayşe Sözen Usluer isə Türkiyənin BMT-nin Cenevrə ofisi yanında daimi nümayəndəsi vəzifəsinə gətirilib.
Günay Əli
KONKRET.az
