Türkiyədə neçə nəfər oxuma-yazma bilmir? – Rəsmi məlumatbackend

Türkiyədə neçə nəfər oxuma-yazma bilmir? - Rəsmi məlumat

Bu ilin əvvəlinə olan məlumata görə Türkiyədə 1 milyon 826 min 577 nəfər oxuma-yazma bilmir, 793 min 525 nəfərin isə oxuma-yazma bilib-bilmədiyi barədə məlumat yoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, Türkiyədə 6 yaşından yuxarı (məktəb yaşı) insanların sayı 76 milyon 593 min 361 nəfər olub və bunların 73 milyon 973 min 259 nəfəri oxuma-yazma bilib.

Oxuma-yazma bilməyən kişilərin sayı 280 min 559 nəfər, qadınların sayı isə 1 milyon 546 min 18 nəfər olub.

6 yaşından yuxarı kişilərin 0,7%, qadınların isə 4,3%-i oxuma-yazma bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*