Türkiyədə qar uçqunu nəticəsində ölənlərin sayı 13 nəfərə çatdıbackend

Türkiyədə qar uçqunu nəticəsində ölənlərin sayı 13 nəfərə çatdı

Türkiyənin Van bölgəsində bu gün baş verən ikinci qar uçqunu nəticəsində 8 nəfər ölüb. 

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, bu gün fevralın 4-ü axşam uçqun altında qalan 2 nəfəri xilas etmək üçün Bahçesaray rayonunda dağlıq əraziyə cəlb olunan xilasetmə briqadası təbii fəlakətlə üzləşib.

Rayonun bələdiyyə sədri Meki Aras bildirib ki, əraziyə cəlb olunmuş 300 xilasedici qar uçqunu altında qalıb.

Onlardan 25 nəfər xilas edilib, 8 nəfərin isə meyiti tapılıb.

Hazırda itkin düşmüş 10-15 nəfər axtarılır.

Bununla da iki qar uçqununda ölənlərin sayı 13 nəfər çatıb.

Qeyd edək ki, fevralın 4-də Türkiyənin Van vilayətinin Bağçasaray bölgəsində qartəmizləyən texnika və mikroavtobus qar uçqunu altında qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*