Türkiyədə qoruyucu maska tələbi aradan qaldırıldıbackend

Türkiyədə qoruyucu maska tələbi aradan qaldırıldı

Türkiyədə xəstəxanalar istisna olmaqla, digər yerlərdə qoruyucu maska ​​taxmaq artıq məcburi deyil.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

“Üçüncü gündür ki, gündəlik yoluxma sayı 1 000-dən azdır. İstənilən halda ictimai nəqliyyatda qoruyucu maska ​​taxmaya bilərik. Xəstəxanalar istisna olmaqla, maska ​​taxmaq məcburi deyil. Lakin ictimai nəqliyyatda və insanların sıx toplaşdığı yerlərdə maskaların sizinlə olması daha yaxşıdır”, – nazir tviter səhifəsində yazıb.

Qeyd edək ki, son sutka ərzində Türkiyədə koronavirusa 864 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*