Türkiyədə sel qurbanlarının sayı 8-ə çatdı – YENİLƏNİBbackend

Türkiyədə sel qurbanlarının sayı 8-ə çatdı - YENİLƏNİB

Türkiyənin Giresun vilayətin baş vermiş təbii fəlakət nəticəsində ölənlərin sayı artıb.

KONKRET.az “Anadolu”ya istinadən xəbər verir ki, ölkənin Daxili İşlər naziri Süleyman Soylu sel fəlakəti nəticəsində bu günədək 8 nəfərin dünyasını dəyişdiyini bildirib.

Buna qədər 7 nəfərin öldüyü deyilirdi. APA

***

23 Avqust, 2020 – 10:54

Türkiyədə yağan güclü yağışlar təbii fəlakətə səbəb olub. 

KONKRET.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Giresun vilayətində dəhşətli sel hadisəsi baş verib. Təbii fəlakət nəticəsində bir nəfərin öldüyü və xeyli sayda yaralanının olduğu bildirilib. Bundan əlavə 6 nəfərin itkin düşdüyü deyilr.

Daxili İşlər Naziri Süleyman Soylun təbii fəlakət sonrası keçirdiyi toplantıda ümumilikdə 5-i xilasedici olmaqla 12 nəfərin seldə itkin düşdüyü barədə xəbər verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*