Türkiyədə yeni qanunda Öcalan sürprizi – Dəmirtaşla bağlı qərar məhkəməyə qaldıbackend

Türkiyədə yeni qanunda Öcalan sürprizi - Dəmirtaşla bağlı qərar məhkəməyə qaldı

Türkiyə Prezidentinin müavini Cevdət Yılmaz “Milli Həmrəylik və İctimai Bütövlüyün Gücləndirilməsi haqqında” qanun layihəsi ilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, Cevdət Yılmaz PKK lideri Abdullah Öcalanın yeni tənzimləmədən yararlanıb-yararlanmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

“Abdullah Öcalan bu tənzimləmənin əhatə dairəsində deyil”, – deyə Yılmaz bildirib.

O, həbsdə olan keçmiş HDP həmsədri Səlahəddin Dəmirtaşla bağlı suala da cavab verib. Prezidentin müavini vurğulayıb ki, qanun layihəsi konkret şəxslər üçün deyil, ümumi xarakter daşıyır:

“Bu, ümumi tənzimləmədir, ayrı-ayrı şəxslər üçün nəzərdə tutulmayıb. Qəbul edilən tənzimləmə kimə şamil olunursa, həmin şəxslər ondan yararlanacaqlar. Qərarı məhkəmə orqanları verəcək”.

Beləliklə, Yılmaz Öcalanın qanun layihəsinin əhatəsinə daxil olmadığını konkret şəkildə bəyan etsə də, Dəmirtaşın mümkün şəkildə tənzimləmədən yararlanması məsələsinin məhkəmə orqanlarının qərarından asılı olacağını bildirib.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*