Türkiyənin Adana vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, AFAD saat 20:00-da 4,8 bal gücündə zəlzələnin mərkəzinin Adana Saimbəyli olduğunu açıqlayıb. Zəlzələ 7 km dərinlikdə baş verib.
Digər tərəfdən Kandilli Rəsədxanası zəlzələnin mərkəz Kahramanmaraşda 4,7 bal olduğunu açıqlayıb.
