Türkiyədə zəlzələdə ölənlərin sayı 20 mini ötdü – YENİLƏNİB-4backend

Türkiyədə zəlzələdə ölənlərin sayı 20 mini ötdü - YENİLƏNİB-4

Türkiyədə zəlzələdə ölənlərin sayı 20 213 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, yaralananların sayı 80 052 nəfərdir.

21:12

Türkiyədə zəlzələdə ölənlərin sayı 19 388 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğanın sözlərinə görə, 77 711 nəfər isə yaralanıb.

16:12

Türkiyədə zəlzələdə ölənlərin sayı 18 991 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Zəlzələ nəticəsində yaralananların sayı 75 523 nəfərdir.

***

10:33

Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

08:22

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 674-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, təbii fəlakət zamanı 72 879 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*