Zəlzələ proqnozları ilə məşhurlaşan hollandiyalı mütəxəssis Frank Huqerbits bildirib ki, Yaxın Şərq regionu dəyişir.
KONKRET.az xəbər verir ki, bu barədə o, öz tviter səhifəsində yazıb.
“Türkiyənin mərkəzi hissəsində baş verən böyük zəlzələlər gərginliklərin bölgə üzrə paylanmasında əhəmiyyətli dəyişikliklərə səbəb olub və nəticədə seysmik aktivlik Fələstinə qədər uzanıb”, – seysmoloq bildirib.
Fevralın 3-də Huqerbits xəbərdarlıq edib ki, Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ baş verə bilər.
Xatırladaq ki, fevralın 6-na keçən gecə Türkiyədə son 80 ilin ən güclü zəlzələsi baş verib.
Son məlumatlara görə, Türkiyədə zəlzələdə ölənlərin sayı 12 391 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 62 914 nəfər yaralanıb.
Zəlzələ ilə əlaqədar ümummilli matəm elan edilib. Yeni təkanlar hələ də davam edir.
İqbal Rzayev,
KONKRET.az
