Türkiyədəki Dağıstan diasporu səfərbərliklə bağlı soydaşlarına MÜRACİƏT ETDİ – VİDEObackend

Türkiyədəki Dağıstan diasporu səfərbərliklə bağlı soydaşlarına MÜRACİƏT ETDİ - VİDEO

Türkiyədəki Dağıstan diasporu səfərbərliklə bağlı müraciətini yayıb.

KONKRET.az xəbər verir ki, bu barədə diaspor Dağıstandakı soydaşlarına video müraciət edib.

Dağıstan diasporu Rusiyanın Ukraynadakı müharibəsinin Qafqaz xalqları üçün acınacaqlı nəticələr verdiyini bildirib.

Diaspor üzvləri dağıstanlıların səfərbərliklə bağlı etiraz aksiyalarında məruz qaldıqları zorakılıqları ürək ağrısı ilə izlədiklərini bildiriblər. Onlar soydaşlarına müraciət edərək bildiriblər ki, Ukrayna müharibəsi çoxdan uduzulub., Putinrejimi bu biabırçılığı gizlətmək üçün səfərbərlik planını işə salıb. Ona görə ömründə əlinə silah almayan adamları müharibəyə cəlb edir.

“Hanı tərifli rus ordusu, hansı ki, bir neçə günə Ukraynanı zəbt edirdi? Hanı o silahlar ki, Putin öyünürdü ki, dünyada analoqu yoxdur? İndi məlum olur ki, nə ordu var, nə silah. Sizi talayandan sonra indi növbə uşaqlarınıza çatıb.

Ən pisi odur ki, Rusiyanın dini liderləri də Putinin tərəfindədir və müsəlmanları ölümə göndərirlər”, – deyə onlar bildiriblər.

Diaspora üzvləri dağıstanlıları öz seçimlərini etməyə və imperiyanın maraqları uğrunda vuruşmamağa çağırış ediblər.

“Sonadək dayanın və təslim olmayın! Sizin iradəniz Kreml fürerinə qalib gələcək”, – onlar deyiblər.

Daha ətraflı videoda:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*