Türkiyədən 2 trilyon təngəyə zirehli texnikanın alınması TƏKZİB EDİLDİbackend

Türkiyədən 2 trilyon təngəyə zirehli texnikanın alınması TƏKZİB EDİLDİ

Dünən xarici KİV-lər Qazaxıstanın Türkiyənin “Otokar” şirkətindən 4,4 milyard dollara 834 ədəd zirehli texnika almağı planlaşdırdığını bildiriblər.

KONKRET.az xəbər verir ki, Müdafiə Nazirliyində bu məlumatları təkzib ediblər.

Nazirlikdən bildirilib ki, Türkiyə tərəfi ilə heç bir razılaşma yoxdur və danışıqlar tərəfi kimi “Otokar” zirehli texnika istehsalçılarından yalnız biridir.

“Hazırda bu şirkətin zirehli texnikasının nümunəsi yerli istehsal ilə birlikdə eksperimental sınaqlardan keçirilir ki, onların nəticələrinə əsasən texniki tələblərə cavab verən nümunə müəyyən ediləcək”, – deyə Müdafiə Nazirliyindən bildirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*