Türkiyəli atıcı Yusuf Dikeç ilə müsahibənin QİYMƏTİ təəccübləndirdibackend

Türkiyəli atıcı Yusuf Dikeç ilə müsahibənin QİYMƏTİ təəccübləndirdi

“Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarında hədəfi əli cibində nişan alaraq məşhurlaşan türk atıcı Yusuf Dikeç müsahibə üçün 30 min avro tələb edib”.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Fransanın “L”equipe” qəzeti yazıb.

“Yusuf çox məşğuldur, artıq 2028-ci il Oyunlarına hazırlaşır. Təbii ki, orada qızıl üçün mübarizə aparacaq. Müsahibə vermək ona maraqlı deyil”, – Dikeçin nümayəndəsi Mehmet Ali Akgül bildirib.

Həmçinin 52 yaşlı türkdən müsahibə almaq istəyən hər kəs bir sıra şərtləri yerinə yetirməli olacaq: yalnız idman haqqında danışmaq, müsahibəni dərc etməmişdən əvvəl təkrar oxumaq və fotosunu paylaşmaq hüququnu idmançıya həvalə etmək.//Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*