Türkiyəli müğənni Xoşqədəmə görə azərbaycanlılardan qisas alırbackend

Türkiyəli müğənni Xoşqədəmə görə azərbaycanlılardan qisas alır

Türkiyəli müğənni Hilal Çebecinin azərbaycanlılara qarşı aqressiv münasibət sərgiləməsi son günlərin müzakirə mövzusuna çevrilib.

KONKRET.az xəbər verir ki,Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə danışan sosial şəbəkə fenomeni Seyhan Soylu bunun səbəbini açıqlayıb.

O bildirib ki, H.Çebecinin keçmiş sevgilisi Doğuşdan intiqam alır və azərbaycanlı qadınları buna görə sevmir:

“H.Çebecinin niyə bu sözləri dediyini anladıq. Bildiyiniz kimi, müğənni Doğuş Hilalın keçmiş sevgilisi olub. Hilal onun əlinə dibçək verərək çılpaq şəkillərini intiqam almaq üçün çəkib yaydı. Çılpaq pozalarla onu gündəmə gətirdi. Bundan sonra Doğuş ondan ayrılaraq azərbaycanlı teleaparıcı Xoşqədəmlə evləndi. Evləndikdən sonra Hilal Xoşqədəmə kefini pozmaq üçün zəng vurub. Xoşqədəm də ağzına nə gəlibsə deyib, söyüb. Deyib ki, sən Doğuşun əlinə dibçək verdin, mənsə iki uşaq. Bundan sonra Hilal Çebeci ümumən azərbaycanlı qadınlarına qarşı bu mövqedə olub”.

Xatırladaq ki, H.Çebeci sosial şəbəkə hesabında azərbaycanlı qadınlarının çox söyüş söyən olduğunu, ermənilərin yaxşı insanlar olduğunu deyib:

“Mən sizin xalqı tanımıram, siz necə tərbiyə olunmusunuz? Belə edərək xalqınızı tanıdırsınız. Mən erməniləri tanıyıram, çox da yaxşı, möhtəşəm insanlardır. Nə deyim pis insanlardır deyim? Bu müharibə xalqın istədiyi deyil ki. Amma mən gördüm ki, siz azərbaycanlılar çox kobud, söyüşcül, hədsizsiniz. Dünyanın hər yerində insanlar ölür. Biz istəyərik? Heç yerdə insanlar ölməsin”.

mənbə:Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*