Türkiyənin bu hərəkəti bizi MƏYUS ETDİ – Ukrayna XİNbackend

Türkiyənin bu hərəkəti bizi MƏYUS ETDİ - Ukrayna XİN

Oğurlanmış Ukrayna taxılını daşıyan Rusiya gəmisi Türkiyə limanını tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, çərşənbə günü, iyulun 6-da axşam saatlarında Ukraynada oğurlanmış taxılla Rusiya bayrağı altında “Jibek Joli” yük gəmisi Türkiyənin Şimal-Qərb limanından Karasudan çıxıb.

Qəbuledilməz vəziyyətə görə, Türkiyə səfiri Ukrayna Xarici İşlər Nazirliyinə  çağırılıb.

“Xarici İşlər Nazirliyi və Ukraynanın beynəlxalq tərəfdaşları Rusiya Federasiyasının Ukrayna ərazisindən taxıl oğurlamaq və xarici ölkələrə ixrac etmək üzrə cinayət əməllərini pisləyir. Xüsusilə dəhşətli hadisə işğal olunmuş Berdyanskdan oğurlanmış taxılı Rusiyanın “Jibek Joli” gəmisinin Türkiyənin Karasu limanına aparması olub”, – məlumatda deyilir.

Ukraynanın operativ müdaxiləsi sayəsində bu gəmi oğurlanmış taxılı boşalda bilməyib və saxlanılıb. Gəminin və yükün həbsi üçün Türkiyə tərəfinə sorğu göndərilib.

“Eyni zamanda, Ukrayna tərəfinin müraciətinə məhəl qoymayaraq, iyulun 6-da axşam gəmi buraxılıb. Ukrayna tərəfi bu məlumatı dərin məyusluqla qəbul edib və vəziyyətin təcili surətdə araşdırılması tələbi ilə Türkiyə tərəfinə müraciət edib. Ukraynanın müvafiq orqanlarının sorğularına hərtərəfli cavab vermək, həmçinin gələcəkdə oxşar halların qarşısını almaq üçün tədbirlər görülməsini tələb edib”, – deyə nazirlik əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*