Türkiyənin bu kəndi bayrağımızla bəzədildi – FOTObackend

Türkiyənin bu kəndi bayrağımızla bəzədildi - FOTO

Türkiyənin Yozqat vilayətinin İncəçayır kəndi Ordumuzun işğal altındakı torpaqlarımızı azad etməsi münasibətilə başdan başa Azərbaycan bayraqları ilə bəzədilib.

KONKRET.az xəbər verir ki, sakinlər kəndin məscidinə Türkiyə və Azərbaycan bayraqlarını yanaşı asıblar, habelə evlərinin balkonlarını və pəncərələrini də Azərbaycan bayraqları ilə bəzəyiblər.

Kəndin imamı Burhanəddin Türcan deyib ki, Azərbaycanın Ermənistan qarşısında qazandığı qələbəyə çox seviniblər:

“30 ildir Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqları Rəbbimə sonsuz şükürlər olsun ki, azadlığına qovuşdu. Azərbaycan xalqının güclü mübarizəsi və Türkiyə dövlətinin də yardımı ilə torpaqlar azad edildi. Təbii ki, millət olaraq biz buna çox sevindik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*