Türkiyənin sabiq Baş Qərargah rəisi vəfat etdibackend

Türkiyənin sabiq Baş Qərargah rəisi vəfat etdi

Türkiyənin sabiq Baş Qərargah rəisi, general İsmail Hakkı Karadayı bu gün vəfat edib.

KONKRET.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

H.Karadayı bir neçə gün öncə yüksək hərarət və infeksiya səbəbilə yerləşdirildiyi xəstəxanada ölüb.

O, xərçəngdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Karadayı Türkiyənin 22-ci Baş Qərargah rəisi olub.

O, 1994-cü ilin avqust ayından 1998-ci ilin eyni ayınadək bu vəzifəni icra edib.

Xatırladaq ki, general 2013-cü ildə 28 fevral çevrilişi ilə əlaqədar saxlanılıb.

2018-ci ildə isə məhkəmə qarşına çıxarılan Karadayıya ömürlük həbs cəzası verilsə də, yaşı və səhhəti əsas göstərilərək sərbəst buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*