Bütün ermənilərin katolikosu II Qareqin Türkiyənin Suriyanın şimal-şərqində apardığı hərbi əməliyyatla əlaqədar açıqlama verib.
“Son saatlar ərzində Suriyanın şimal-şərqinə Türkiyənin hərbi hücumu barədə həyəcanverici xəbərlər alırıq. Bütün ermənilərinin mənəvi mərkəzi olan Müqəddəs Eçmiədzindən dünya ictimaiyyətinin diqqətini Türkiyənin beynəlxalq intizama və qanuna qarşı hərəkətlərinə yönəldirik, gələcəkdə qan tökülməsinin qarşısını almaq üçün təcili və əməli addımlar atılmasını gözləyirik”, – deyə II Qareqin bildirib.
KONKRET.az erməni mətbuatına istinadən bildirir ki, Ali Patriarx qeyd edib ki, “Türkiyənin milli azlıqlara, o cümlədən Suriya ermənilərinə milli kimlik zəminində hücum təhlükəsi eyni dövlət tərəfindən 1915-23-cü illərdə törədilmiş erməni soyqırımı ilə bağlı xatirələri oyadır, bu addım beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınanılmalıdır”.
“Müharibə bəlasını yaşayan dost Suriya xalqının, qardaşlarımızın ağrılarını və əzablarını bölüşərək, Suriyada və bütün Yaxın Şərqdə sülhün tezliklə bərpası üçün dua edirik. Müqəddəs Eçmiədzin Suriya xalqına və millətimizin oğullarına dəstək olmağa davam etməlidir”, – deyə II Qareqin davam edib.
