Baş verən dağıdıcı zəlzələdən sonra Türkiyəyə dünyanın bir çox ölkəsindən təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün axtarış-xilasetmə qrupları gəlməkdə davam edir.
KONKRET.az bu barədə Türkiyə mətbuatına istinadən məlumat yayıb.
Siyahıda ilk pillədə Türkiyəyə 725 personal göndərən Azərbaycan yer alıb. Bununla yanaşı, ən çox personal göndərən ölkələr sırasında İsrail (450), Fransa (204), Rusiya (150) və digər ölkələr də var.

Günel Mikayılova,
KONKRET.az
